Axtarılır: Sevinc! Tapılır: Məsih!

Blez Paskal 1662-ci ildә vәfat etmiş fransız dahisi, riyaziyyatçı idi. 31 yaşınadәk Allahdan qaçandan sonra, Paskal 1654-cü ilin noyabrın 23-dә axşam saat 10:30-da Allahla qarşılaşdı vә İsa Mәsihә tәrәf döndü. O andan sonra Paskal artıq heç vaxt bu yoldan ayrılmadı. O bu haqda perqament parçasında yazıb paltosuna tikdi. Bu perqament parçası Paskalın vәfatından sәkkiz il sonra tapıldı. Orada belә yazılmışdır:

Lütf ili 1654, noyabrın 23-ü, müqәddәs Klement bayramı... Tәqribәn axşam saat on birin yarısından gecә saat birin yarısına qәdәr, OD. Filosofların vә alimlәrin Allahı deyil, İbrahimin Allahı, İshaqın Allahı, Yaqubun Allahı. Әminlik, ürәk sevinci, sülh. İsa Mәsihin Allahı. "Mәnim Allahım vә sizin Allahınız". ...Sevinc, Sevinc, Sevinc; sevinc göz yaşları... İsa Mәsih. İsa Mәsih. Ondan әsla ayrılmayım!

1968-ci ildә Paskal, Klayv Lyuis, Conatan Eduardz, Dan Fuller vә Müqәddәs Kitab mәnә birgә tәsir edәrәk "Sevinc, Sevinc, Sevinc; sevinc göz yaşları" sözlәriylә hәyatımı әbәdilik dәyişdirdi. Qovluğunuza qoyulmuş bu kiçik kitabça – "Sevincin axtarışı" mәhz o günlәrdә meydana gәldi. O, 15 il kimi bir müddәtdә meydana gәlmədi, amma o vaxt meydana gәldi.

Kitabçanın üzünә baxın. Burada Paskalın xoşbәxtlikdən qorxuma qarşı cavabı yer alır.

Bütün insanlar xoşbәxtlik axtarırlar. Heç bir istisna yoxdur. Kim hansı yollarla xoşbәxtliyi әldә etmәyә çalışırsa-çalışsın, әsas budur ki, bunların hamısı gec vә ya tez qurtarır. Müharibәyә gedәn vә müharibәdәn qaçan eyni sәbәbә görә hәrәkәt edirlәr. Arzuları eyni, ancaq baxışlar fәrqlidir. İnsanın bütün hәrәkәtlәrinin – hәtta özünü asan adamın intiharının belә sәbәbi birdir.

Mәn bunun belә olduğundan şübhәlәnirdim, ancaq hәmişә bunun günah olduğundan qorxurdum. Xoşbәxt olmaq istәyimin mәnәvi qüsur olduğundan şübhәlәnirdim. Özümdәn imtina etmәyin böyük zövqlәrә görә kiçik zövqlәri rәdd etmәk deyil, ümumiyyәtlә, sevinci rәdd etmәk mәnasına gәldiyini zәnn edirdim. Lakin Allah bu müәlliflәr vasitәsilә mәni bu haqda Müqәddәs Kitabda cavab axtarmağa vadar etdi. Müqәddәs Kitab hәqiqәti üzә çıxaracaqdı. Orada sevinc haqqında oxuduğum sözlәr mәni әbәdilik dәyişdirdi. O zamandan bәri mәn bunu anlamağa, yaşamağa və öyrәtmәyә çalışmışam. Bu hәqiqәt yeni deyil, lakin minlәrlә il mövcud olmuşdur.

Müqәddәs Kitab sevinc haqqında nә öyrәdir?

Müqәddәs Kitabda sevinc haqqında deyilәnlәri sizә tәqdim edәcәyәm:

*İsanın öyrətməyinin məqsədi hər zaman xalqının sevinci olmuşdur. *

Yəh. 15:11: Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun.

*Biz Məsihə güvəndiyimiz zaman Allah bizi şadlıqla (sevinclə) doldurur. *

Rom. 15:13: Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun.

*Allahın Padşahlığı sevincdən ibarətdir. *

Rom. 14:17: Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.

*Allahın Ruhu daxilimizdə sevinc səmərəsini əmələ gətirir. *

Qal. 5:22: Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh…

*Həvarilərin bütün işləri və yazıları sevinc üçün idi. *

2Kor. 1:24: İmanınıza ağalıq etmək istəmirik, sevinməyiniz üçün sizinlə birgə çalışırıq.

*Məsihçi olmaq sizə hər şeyi tərgitdirəcək olan sevinci tapmaq deməkdir. *

Mat. 13:44: "Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı."

Sevinc Müqəddəs Kitabda yazılan Allahın Kəlamı ilə saxlanılır.

Zəb. 19:8: Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir.

*Məsihə güvənənlərin sevinci onlara bütün dərdlərini unutduracaq. *

Zəb. 126:5: Göz yaşı ilə əkənlər sevinc harayı çəkərək biçəcək!

Zəb. 30:5b: Kimin bir gecə gözündən yaş tökülərsə, onun üçün sübh tezdən sevinc doğar.

*Allah Özü bizim sevincimizdir. *

Zəb. 43:4: Onda Allahın qurbangahına, sevincim, fərəhim olan Allahımın yanına gedərəm.

Zəb. 16:11: Mənə həyat yolunu öyrədirsən, doyunca sevinc Sənin hüzurundadır, sağ əlində hər zaman səadət var.

*Allaha görə sevincimiz hər cür dünyəvi sevincdən üstündür. *

Zəb. 4:7: Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox mənim qəlbimə sevinc verdin.

*Sevinciniz Allahla bağlıdırsa, heç kəs sevincinizi sizdən ala bilməyəcək. *

Yəh. 16:22: Beləcə, siz də indi kədərlisiniz. Lakin Mən sizi yenə görəcəyəm, onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək.

*Allah bütün millətləri və xalqları iman edənlərə bəxş etdiyi sevincə şərik olmağa dəvət edir. Burada irqçilik yoxdur. Etnosentrizm də yoxdur. *

Zəb. 67:4: Qoy ümmətlər sevinclə Səni mədh etsin.

Zəb. 66:1: Ey bütün dünya əhli, cuşa gəlib Allaha nida edin.

*Məsihçi təlimi başdan-başa bütün xalqı çox sevindirən Müjdədir. *

Luk. 2:10: Mələk onlara dedi: “Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm…”

Yeş. 51:11: Rəbbin satın alınmış adamları qayıdacaq, sevinclə nəğmə deyərək Siona gələcək. Üzlərində əbədi sevinc olacaq, onlar sevinc və şadlıq tapacaq, kədər və qəm-qüssə yox olacaq.

Biz Məsihin ikinci gəlişində Onunla üz-üzə gələndə, əbədi sevincinə şərik olacağıq.

Mat. 25:23: Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum!... Ağanın sevincinə şərik ol!”

1968-ci ildə son dərəcə sadə və açıq bir həqiqət mənə ən çox təsir etmişdir – Allaha görə sevindiyimiz bu sevinc bizə əmr olunmuşdur. Bunu kitabçanın ikinci səhifəsində görə bilirsiniz:

Zəb. 37:4: Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq.

Zəb. 33:1: Ey salehlər, Rəbbi mədh edin, ürəyi düz olanlara həmd söyləmək yaraşır.

Zəb. 32:11: Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyi düz olanlar, Onu mədh edin!

Sevinc bizə əmr olunmuşdur, çünki təkcə bizim halımız deyil, Allahın izzəti, hörməti, şöhrəti bu sevincdən asılıdır. Bizim xəzinəmiz, xoşbəxtliyimiz Allah deyil, başqa şeylər olsa, biz Allahı hörmətdən salmış, izzətini alçaltmış olarıq. Onun şöhrəti ləkələnmiş olar. Buna görə Allah həm bizim öz xeyrimiz, həm də Onun izzəti üçün bizə bu sevinci əmr edir.

Bu həqiqəti kəşf edəndə mən məsihçiliyin əsas təlimini – Müjdəni – İsa Məsihin Müjdəsini dərk edə bildim. Bu kiçik kitabça – Sevinc axtarışı kitabçası da bu məqsədlə çap olundu: məsihçi Müjdəsinin – günahkarları xilas edib əbədi sevinc verən bu Müjdənin xülasəsini təqdim etmək.

Okeanı bir damcıya sığdırmaq mümkün olmadığı kimi, Allahın salehliyini, məhəbbətini bir kitabçaya sığdırmaq cəhdi də təhlükəlidir. Ancaq məncə, bu, yalnız təhlükəli deyil, həm də məhəbbətlə dolu və çox vacib bir cəhddir. Allah Özü bir dəfə belə bir cəhd etmişdir. O, Öz əzəli və əbədi Varlığı ilə bir insanda – İsa Məsihdə yaşadı (Kol. 2:9). Bu, okeanın bir damcıya sığmasından da böyük möcüzə idi. Həm də kamil məhəbbət idi. O, Allah ola-ola, eyni zamanda, insan olduğuna görə bizim günahlarımız uğrunda ölə bildi. Lakin çoxları Onun Allah olduğunu dərk edə bilmədilər. Mən də çoxlarının bu kiçik kitabçada Müjdəni dərk edə bilməyəcəklərini gözləyirəm. Mən böyük riskə getdim, çünki mən əsla səhvə yol verməyən Allah deyiləm. Amma sizi çox sevirəm və Allahın sizi xilas etmək üçün nə etdiyini görməyinizi istəyirəm.

Deməli, siz mənimlə birlikdə bu kitabçadan keçəcəksinizmi? Əgər siz İsaya iman etmirsinizsə, sadəcə olaraq, Allahın sizə Özü haqqında və sizin haqqınızda aşkar edə biləcəyi şeylərə açıq olun və düzgün olanları sizin üçün təsdiq etməsi, düzgün olmayandan isə sizi qoruması üçün Ondan rica edin. Əgər siz imanlısınızsa, həyatınızı üzərində qurduğunuz təməli təzələməyə hazır olun. Allah sizə buyursa, bu kitabçadan istifadə edərək dünyanın ən gözəl xəbərini yaymağa çalışın. Dirilmiş İsa bu Pasxa günündə ucalsın!

Müqəddəs Kitabın iki əsas həqiqətini düşünün.

Müqəddəs Kitabın 1-ci həqiqəti: Allah bizi Öz izzəti üçün yaratdı.

"Oğullarımı uzaqlardan, qızlarımı dünyanın ucqar yerlərindən gətir...izzətim üçün yaratdığım... hər bir adamı gətir" (Yeş. 43:6-7).

Müqəddəs Kitabın 2-ci həqiqəti: Hər insan Allahın izzəti üçün yaşamalıdır.

"Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin" (1Kor. 10:31).

Bunlar, demək olar ki, eyni həqiqətlərdir, elə deyilmi? Fərq nədir? Bir səhifə yazmaq mümkündürsə, iki səhifə yazmağın nə mənası var? Fərq budur ki, 1-ci həqiqət Allahın məqsədini, 2-ci həqiqət isə bizdən tələb olunanı əks etdirir. Bunları ayrı olaraq bu qaydada təqdim etmək son dərəcə mühümdür. Biz bunu anlamasaq, çox güman ki, Müjdəni olduğu kimi qiymətli Xoş Xəbər olaraq dərk edə bilmərik. Məsihin dəhşətli ölümü bizə faciə kimi görünər. Əsas budur ki, Allah hər şeyin mənbəyidir, meyarıdır, məqsədidir. Bütün Kainat yalnız Allaha görə mövcuddur.

Dünən yeddi yaşlı qızım Talita ilə “şənbə görüşü” təşkil etdim, biz Leyk strit küçəsindəki Erbis (Arby’s) restoranında nahar yeməyə getdik. Yolda bizim önümüzdə göy rəngdə bir mikroavtobus gedirdi. Mən Talitaya dedim ki: "Bunun arxasına yapışdırılmış yazı xoşuma gəlmir." Qızım arxa oturacaqdan yazını görə bilmədiyinə görə, mən özüm ona oxudum: "M. hər şeydir." "M." mən deməkdir. Yəni "hər şey mənəm." Elə bu səbəbdən çoxları Müjdəni güclə anlaya bilirlər. Müjdə tamamən başqa cür gerçəklikdən qaynaqlanır. Müjdədə hər şey biz deyilik, hər şey Allahdır.

Allah bizi Onun izzəti üçün yaşamağımız məqsədilə yaratdı. Müqəddəs Kitab başdan-başa bu təməl üzərində qurulmuşdur. Buna görə bu həyatda çağırışımız, bizim qarşımızda qoyulan tələb budur ki, biz Onun izzəti üçün yaşayaq. Özünüzü sınayın: Allahın sizə olan məhəbbəti sizi mərkəzə qoyurmu, yoxsa siz (sizə çox baha başa gəlsə də) mərkəzi yeri Allaha verərək Ondan əbədi sevinc alırsınızmı? Siz bunun üçün yaranmısınız. Bu yolla siz sevinc əldə edəcəksiniz, Allah isə izzət tapacaqdır.

İndi Müqəddəs Kitabın növbəti iki həqiqətini birlikdə nəzərdən keçirək:

Müqəddəs Kitabın 3-cü həqiqəti: Hamımız Allahı layiq olduğu kimi izzətləndirməmişik.

"Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub" (Rom. 3:23).

Müqəddəs Kitabın 4-cü həqiqəti: Hamımız Allahın ədalətli mühakiməsinə düçar olduq.

"Çünki günahın əvəzi ölümdür…" (Rom. 6:23).

İlk iki həqiqət kimi bu həqiqətlər də bir səhifəyə sığa bilərdi, yoxsa yox? Biz deyə bilərdik ki, "Biz hamımız günahkar olduğumuza görə, Allahın mühakiməsinə düçar oluruq." Lakin biz bu həqiqətləri bu cür qısa şəkildə desəydik, çox əhəmiyyətli bir şeyi itirərdik. 3-cü həqiqətdə təkcə insanlara deyil, Allaha qarşı günah işlədiyinizi vurğulaya bilməzdik.

Mikroavtobusa yapışdırılan yazıda: "Hər günahım yalnız MƏNƏ aiddir." yazılsaydı, səhv olardı. Allah yaradılışının yaranma məqsədinin mərkəzindədir. Allah biz məxluqlar üçün qoyulan tələblərin mərkəzindədir. Günahkar olmanın mənasının mərkəzində, həmçinin, Allah durur: günah, Rom. 3:23-də deyildiyi kimi, Allahın izzətindən məhrum olmaq deməkdir; yəni başqa bir əzəməti Allahın əzəmətindən üstün tutmaq, bundan daha çox zövq almaq deməkdir. Günah hər şeydən çox başqa insanlarla deyil, Allahla rəftar etməyimizlə əlaqədardır.

Biz Allahı alçaldan, təhqir edən iş kimi günahın nə qədər ağır olduğunu hiss etmədən nə cəhənnəmin, nə də qanlı çarmıxın dəhşətini dərk edə bilməyəcəyik. Günah yalnız insanın başqa insanı incitməsi deyildir; əsasən, insanın Allahı incitməsidir, rədd etməsidir, saymamasıdır, Allahdan başqa şeylərə üstünlük verməsidir. Beləcə, insan Allahı alçaldır. Kainatda bundan daha böyük şər ola bilməz. 4-cü həqiqətin nəticəsində verilən dəhşətli cəza bizə ədalətsiz görünsə, biz bu 3-cü həqiqəti dərk etməliyik.

Biz hamımız Allahı saymamışıq, buna görə də Onun qəzəbinə düçar olmuşuq. Bizim ən böyük problemimiz budur. İqtisadi vəziyyətdən böyük, İraq, yaxud Şimali Koreya ilə beynəlxalq münasibətlərdən böyük, həyat yoldaşımla pozulmuş münasibətdən və xərçəng xəstəliyinin verdiyi əzablardan da böyük problemimiz budur. Məsihin Müjdəsi ilk əvvəl buna qarşı bir çarə olaraq verilmişdir. Allahın ədalətli mühakiməsindən necə xilas ola bilərik? Müjdənin bundan başqa çoxlu gözəl təsirləri var! Ancaq ən mühüm olanı budur, başqaları isə ona əsaslanır.

İndi isə biz Müjdəyə gəlib çatdıq. Müqəddəs Kitabın son iki həqiqətini də nəzərdən keçirək.

Müqəddəs Kitabın 5-ci həqiqəti: Allah bizə əbədi həyatı və sevinci bəxş etmək üçün vahid Oğlu İsanı göndərdi.

"Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi, bu söz etibarlı və tamamilə qəbul olunmağa layiq sözdür..." (1Tim. 1:15).

Müqəddəs Kitabın 6-cı həqiqəti: Məsihin ölümü sayəsində əldə edilən ənamlar tövbə edib Ona iman edənlərə məxsusdur.

"Beləliklə, günahlarınız silinsin deyə, tövbə edib Allaha tərəf dönün" (Həv. 3:19).

"Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız" (Həv. 16:31).

Bu iki səhifəni biz yenə də birləşdirə bilərdik. Belə söyləyə bilərdik: Günaha, təqsirkarlıq hissinə, məhkumiyyətə qarşı çarə nədir? Cavab: "Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız." Lakin bu, natamam cavab olacaqdı! Siz batırsınızsa, təkcə köməyə çağırmaqda çarə tapmazsınız; xilasedicilər, qayıqlar, lazım gəlsə, süni nəfəs də sizin vəziyyətinizdə çarə olar. Köməyə çağırmaqla siz yalnız xilasedici işlə əlaqə qurursunuz. Ürəyiniz qəfildən tutsa, təcili yardımı çağırmaq çarə deyildir. Təcili yardım maşınları, həkimlər, cərrahlar, tibb bacıları, dərmanlar – bunların hamısı çarədir. Təcili yardımı çağırmaq isə, sadəcə olaraq, xilasedici işlə qurduğunuz əlaqədir.

Günahdan tövbə edib İsaya iman etməyiniz də belədir (6-cı həqiqət). Bu yolla siz Allahın Məsihdə etdiyi xilas ilə əlaqə qurursunuz. Məsih 2000 il əvvəl bizi xilas etmək üçün bir iş gördü. O, dünyaya gəldi, Allahın Oğlu olaraq kamil həyat sürdü və Ona iman edənlərin hamısının əvəzində öldü. 1Pet. 3:18-də yazılıb: "Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi ki, sizi Allahın hüzuruna gətirsin." İmanımız xilasımızın təməli deyildir. O, bizi xilasımızın təməli ilə bağlayır. Xilasımızın təməli isə Məsihdir.

Məsihin ölümü, bizim əvəzimizə məhkumiyyəti, günah və nöqsanlarımızın əvəzində kamil salehliyi xilasımızın təməlini təşkil edir. Onun dirilməsi xilasımızı və əbədi sevincimizi təsdiq edir, ona zəmanət verir. Müqəddəs Kitabda yazılıb: "Əgər Məsih dirilməyibsə, imanınız da əbəsdir, siz hələ də günahlarınızın içindəsiniz… Əslində, Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi" (1Kor. 15:17, 20). O, bizim üçün öldüyü və dirildiyi üçün, Ona iman edənlərin hamısı əbədi həyata və heç vaxt qurtarmayan sevincə nail olur.

Həyatınızı Ona imanla həsr edin. Nikahınızı, yaxud subaylığınızı Ona imanla həsr edin. Biznesinizi və pulunuzu Ona imanla həsr edin. Sağlamlığınızı Ona imanla həsr edin. Bütün bunlardan daha çox günahınızı, təqsirkarlıq hissinizi və qorxunuzu Ona imanla təslim edin. O, xilas işini artıq tamamladı. Xilas tamam oldu. O öldü və dirildi. Ona iman edərək Onun əldə etdiyi bu xilasa nail ola bilərsiniz. Siz xilas olandan sonra yarandığınız məqsədə də nail olacaqsınız – Allahın izzəti sizin sevincinizdə əbədi olaraq əks olunacaqdır.